80095 abituriyent öz ərizəsini təsdiq etdi

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi” qəzetinə verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciətlər bu il martın 15-dən başlayıb.

 

Bu gün saat 08.15-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 80095 abituriyent öz ərizəsini təsdiq edib.

 

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, saat 23.59-dək "Abituriyentin elektron ərizəsi" formasını doldurduqdan sonra təsdiq edirlər.

 

Ali təhsil müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

 

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

 

Qeyd edək ki, tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent" 2 jurnalında tanış olmaq mümkündür.

 



15.04.2019 | 17:08