“Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub. Bildirilib ki, nəfis tərtibatla və 10 min tirajla nəşr olunan “Pedaqoji fikir tarixindən” kitabı elmi-pedaqoji əhəmiyyətinə, yeni nəslin təlim-tərbiyəsində mühüm roluna görə “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilib.

 

Təqdimatda NDU-nun Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev,  həmin kafedranın müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilov çıxış ediblər.

 

Nəzərə çatdırılıb ki, kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.

 

Rektor S.Məhərrəmov sonda bildirib ki, “Pedaqoji fikir tarixindən” kitabı hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaqdır. Tələbələrə-gələcəyin müəllimlərinə bu qiymətli kitabı  mütaliə etmələri  tövsiyyə edilib.

 



16.04.2019 | 17:32