Şəki Uşaq İncəsənət Məktəbinin rəqs kollektivi "Böyük Qafqaz Kuboku" yarışmasında qalib olub

Şəki Dövlət Dram Teatrın səhnəsində "Böyük Qafqaz Kuboku" adlı rəqs yarışması keçirilib. Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə baş tutan yarışmada müxtəlif bölgələri təmsil edən rəqqaslar iştirak ediblər.

 

Dörd yaş kateqoriyası üzrə – beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı) baş tutmuş müsabiqədə rəqs shov, folklore shov, folklore etnika, folk style, hip hop shov, belly dance, bollywood, classic dance, modern, chreeleding, shov dance rəqs növləri üzrə ifalar nümayiş olunub.

 

Yarışmanın favoritlərindən sayılan Şəki Uşaq İncəsənət Məktəbinin rəqs kollektivi  müsabiqəyə yeddi fərqli rəqslə qatılıb. Məktəbin rəqs kollektivi 3 xarici rəqs (cerlidenq, müasir və modern) və Azərbaycan rəqsi üzrə uğur qazanaraq  I yeri tutublar. Digər üç rəqsin ifaçıları isə laureat adına layiq görülüblər.

 

Yarışmanın sonunda “Böyük Qafqaz Kuboku” müsabiqə qaliblərindən biri olaraq, Şəki Uşaq İncəsənət Məktəbinə təqdim edilib.

 

Sifai SƏFƏROVA

 



18.04.2019 | 15:48