Naxçıvan Dövlət Universitetində “Karyera günü”

Kapital Bank Naxçıvan Dövlət Universitetinin (NDU) İqtisad və Beynəlxalq Münasibətlər və Xarici Dillər fakültələrinin dördüncü kurs və magistr pilləsində təhsil alan tələbələri üçün “Karyera günü” təşkil edib.

 

NDU-nun Tədris şöbəsinin müdiri Şahin Əliyev bu cür tədbirlərin keçirilməsinin tələbələrin gələcək karyera həyatında əhəmiyyətli olacağını diqqətə çatdırıb.

 

Kapital Bankın İşə Qəbul Şöbəsinin baş mütəxəssisi Fidan Qasımova qeyd edib ki, hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank karyera günlərinin keçirilməsində olduqca maraqlıdır. Bu kimi layihələrə dəstək göstərməklə, yüksək potensiala malik kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə edilir.

 

Nəzərə çatdırılıb ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Müxtəlif layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

 

Vurğulanıb ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

 

Sonda tələbələr üçün ayrıca otaq ayrılıb və tələbələr öz CV-lərini təqdim ediblər.

 



20.04.2019 | 13:23