ADAU-nun rektoru Bolqarıstanda səfərdədir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun Bolqarıstanın Plovdiv Universitetinə səfəri davam edir.

 

Səfər çərçivəsində İ.Cəfərov Plovdiv Aqrar Universitetinin rektoru professor doktor Xristina Yançeva və prorektoru ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün real imkanları müzakirə edilib.

 

İ.Cəfərov “Bakı-qədimliyin və müasirliyin harmoniyası” Şəkil Sərgisinin rəsmi açılışına da qatılıb.

 

Azərbaycan Respublikasının Sofyadakı səfiri Xanım Qurbanova universitet müəllimlərinin və tələbələrinin qarşısında ”Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın iqtisadi perspektivləri” mövzusunda çıxış edib. ADAU rektorunun da iştirak etdiyi bu görüşdə iki ölkə arasında əlaqələrə də toxunulub.

 

ADAU-nun rektoru Davamlı Təhsil Mərkəzinin direktoru, keçmiş rektor və kənd təsərrüfatı naziri profesor Dimitar Grekov ilə də görüşüb. Görüş zamanı bitkiçilik və bitki mühafizəsi sahəsində maraqlı fikirlər irəli sürülüb. Tələbələr üçün yeni tikilən praktiki təlim Mərkəzinə, bitki fiziologiyası tədqiqat laboratoriyasına,  akkreditə olunan laboratoriya kompleksinə baxış olub və burada təhsil şəraiti, texniki imkanlar təqdim edilib. 

 

İ.Cəfərov "Təhsili dəstəkləyən  Aqrobiznes" Karyera İnkişaf Forumunun rəsmi açılışında da iştirak edib. Bundan başqa,  Plovdiv Aqrar Universitetində yerləşən Kənd Təsərrüfatı və digər məhsullar üzrə 16+1 Elektron-Ticarət Təqdimat Mərkəzinə səfər, Kənd Təsərrüfatı, Qida və Meşə Nazirliyi nəzdində Çin, Mərkəzi və Şərqi Avropa ölkələri arasında Kənd Təsərrüfatı sahəsi üzrə əməkdaşlığın İnkişafı assosiasiyasının direktoru Vasil Gelev ilə görüş, eləcə də Brestnik  kəndində təcrübə sahələrinə baxış, Şərabçılıq Universitetinə səfər və universitetin  şərab məhsullarının dequstasiyası da əlaqələrin inkişafı baxımından maraqlı olub.

 

Səfər şərçivəsində İ.Cəfərovun Ekologiyavə Ətraf Mühitin Mühafizəsi tələbələrinin praktik təlim üçün Regional Təbiət Muzeyinə səfəri, Təhsil və Elm nazirinin müavini xanım Karina Anqelieva ilə, Kənd Təsərrüfatı Akademiyasının sədri professor doktor Vasil Nikolov ilə görüşü də planlaşdırılıb.

 



23.04.2019 | 19:14