“Gələcək üçün məsuliyyətli vətəndaş olmaq”

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən keçirilən “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq”  ümumrespublika marafonu çərçivəsində növbəti tədbir Bakı Slavyan Universitetində (BSU) təşkil olunub.

 

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, belə təlimlərin keçirilməsində məqsəd ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərini gənclər ordusuna təbliğ etməkdir.

 

“Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonunun təlimçisi, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

 

Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə isə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.

 

Qeyd edək ki, “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə paytaxt Bakıda deyil, o cümlədən Azərbaycanın bölgələrində də keçiriləcək.

 



23.04.2019 | 21:25