“Only in English” adlı tədbir keçirilib

UNEC-də 23 aprel-Ümumdünya İngilis Dili Günü münasibətilə  “Only in English” adlı tədbir keçirilib.

 

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Ümumdünya İngilis Dili Gününün təsis edilməsi tarixindən danışıb. O, UNEC-də dörd tədris dilindən birinin ingilis dili olduğunu qeyd edib. Universitetdə ingilis dilinin tədrisinə böyük diqqət ayrılıb və bunun nəticəsidir ki, əksər tələbələr bu dilə mükəmməl yiyələnməklə UNEC-i ölkə xaricində sərbəst təmsil edirlər.

 

“Xarici dillər” kafedrasının müdiri əvəzi, professor Afət Abbasova isə bildirib ki, ingilis dili BMT-nin 6 aparıcı dillərindən biri olaraq beynəlxalq ünsiyyət dilidir. Məhz bu dilə yiyələnməklə dünya iqtisadiyyatına, siyasətinə, elm aləminə asanlıqla inteqrasiya etmək mümkündür. Müasir dövrümüzdə ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmarlar da ingilis dilində aparılır.

 

Tədbirdə tələbələr ingilis dilində zəngin proqramla çıxış ediblər. Eyni zamanda, UNEC-ə virtual səyahət, UNEC-in üstünlüklərini şərti abituriyentlərə çatdıran təqdimatlar keçirilib.

 

Tələbələrin müxtəlif əsərlərdən parçaları ingilis dilində canlandırması ilə davam edən tədbirin sonunda xatirə şəkli çəkilib. 

 



24.04.2019 | 11:53