Gənclər prokurorluq orqanlarının fəaliyyəti haqqında maarifləndirilib

Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan prokurorluğunun fəaliyyətinə həsr edilmiş maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə prokurorluq orqanlarının cinayət hallarının qarşısının alınmasında, eləcə də dövlətdə və cəmiyyətdə milli təhlükəsizlik sisteminin qorunmasındakı fəaliyyətindən danışılıb. Bildirilib ki, milli prokurorluq orqanları 100 illik tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçib.

 

Qeyd edilib ki, Azərbaycanın prokurorluq orqanı fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz layiqli xidmətlərini göstərib.

 



25.04.2019 | 14:09