Dünyanın beynəlmiləl universitetləri

Müasir dünyanın yeni reallıqları ali təhsil sistemindən yan ötmür.  Ali təhsildə beynəlxalq komponentlərin getdikcə daha üstünlük təşkil etməsi qabarıq müşahidə olunan hallardan biridir.  Əcnəbi tələbələr daha  beynəlmiləl  təhsil mühiti ilə seçilən, öz təhsil və karyera inkişaflarının təmin olunması  üçün əlçatan təqaüdlər vəd edən  universitetləri seçirlər.

 

Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının budəfəki tədqiqatı dünyanın beynəlmiləl universitetlərinin reytinqinə  (World's most international universities 2018)  həsr olunub.  Reytinqin tərtib edilməsi prosesində 4 göstərici - xarici tələbə və müəllimlərin faiz tərkibi, xarici alimlərlə müştərək yazılmış elmi nəşrlərin sayı, universitetin beynəlxalq nüfuzu (universiteti bəyənmiş xarici ekspertlərin səslərinin sayının yerli ekspertlərin səslərin sayına olan nisbəti) nəzərə alınıb. Ali məktəbin sözügedən tədqiqata cəlb olunması üçün universitetin THE-nin qlobal top-500-lüyünə daxil olması şərtdir. Bundan əlavə, ali məktəb sorğu çərçivəsində ekspertlərin minimum 100 səsini (öz ölkəsindən isə yerli ekspertlərin ən azı 50 səsini) əldə etməlidir.

 

Builki reytinqə dünyanın 30 ölkəsindən 200 universitet daxil olub. Reytinqin top-5-liyində İsveçrənin Ecole Polytechnique Federale de Lausanne (EPFL), ETH Zurich - Swiss Federal Institute of Technology Zurich, Çinin University of Hong Kong, Sinqapuru National University of Singapore,  Böyük Britaniyanın Imperial College London  kimi ali məktəbləri yer alıb.

 

Reytinqdə    coğrafi mövqeyi, dövlət siyasəti  və ya mədəniyyət ilə tələbələrin, əməkdaşların və ideyaların yerdəyişməsi üçün açıq olan universitetlər dominantlıq təşkil edir. THE qeyd edir ki, İsveçrənin reytinqdəki uğuru təəccüblü deyil, çünki bu ölkə beş dövlətlə həmsərhəddir və Avropanın mərkəzində yerləşib.  Sıralamada birinci yeri tutan EPFL  xüsusən də mühəndislik,  həmçinin dinamik inkişaf edən bioloji elmlər sahəsində  güclü reputasiyaya malikdir.    Reytinqin ikinci sırasında yerləşən Sürix Federal Ali Texnik Məktəbində 120 ölkədən 19 min tələbə təhsil alır.  21 Nobel mükafatı laureatı yetişdirmiş bu ali məktəbin məzunları arasında dahi fizik Albert Eynşteynin adını çəkmək olar. Ali məktəb STEM fənlərinin tədrisi və elmi tədqiqatlar  üzrə ixtisaslaşıb. Reytinqin 3-cü sırasında yerləşən Honkonq Universiteti öz qarşısına “Asiyanın qlobal universiteti” olmaq hədəfini  qoyub. Ali məktəbdə 20 min tələbə təhsil alır ki, onlardan 8 mini əcnəbidir. Amerika universitetləri reytinqdə  ötən ildəkinə (64 yer) nisbətən bu il daha az, 22 yerlə  təmsil olunub. Lakin bir sıra qlobal reytinqlərdən fərqli olaraq bu cədvəldə ABŞ universitetləri  ön sıralarda yer ala bilməyib. Reytinqin top-50liyinə ABŞ-ın cəmi  bir ali məktəbi - Massaçusets Texnologiya İnstitutu (30-cu yer) daxil olub.  Harvard Universiteti sıralamada 51-ci, Prinston 58-ci, Stenford 59-cu,  Kolumbiya 67-ci,  Kornell 76-cı yerdədir.   Böyük Britaniya ilk 100-lükdə  17 ali məktəblə təmsil olunub.  200 universitet arasında Rusiyadan 7 ali məktəb yer alıb.  Onlardan ən yaxşı nəticəni M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (131-ci yer) göstərib.

 

THE qeyd edir ki,  qloballaşma şəraitində universitetlərin çoxu multikulturalizmə meyil göstərir. Bu, qloballaşmanın ümumi meyilləri və digər ölkələrdən mümkün qədər çox sayda tələbə və müəllimlərin elm və təhsilə cəlb olunmasına əsaslanır. Xaricdə təhsil almaq arzusunda olanlar üçün  bu göstərici çox vacibdir.  Əgər universitet “Diversity” şüarı altında addımlayırsa,  əcnəbi tələbənin bu ali məktəbə  qəbulu asanlaşır.  Tədqiqatdan görünür ki, dünyanın ən beynəlmiləl universitetlərində  oxumağı  arzulayan  gənclər ilk növbədə  İsveçrə,  Honkonq,  Sinqapur, Böyük Britaniya və Avstraliyanı diqqətdə saxlamalıdırlar.  Universitetlər öz mahiyyətlərinə görə qlobal ali məktəblərdir.  Bir qayda olaraq, onlar, tələbə  icmaları  və bütün dünyadan olan alimlər  üçün elmi məkandır  və tədqiqatlar  vasitəsilə  ən  qlobal  problemlərin  həlli  ilə  məşğul olurlar.  2018-ci ilin reytinq cədvəli  göstərir ki,  sıralamanın önündə olan  5 ölkədə  dünya  üzrə 10  ən beynəlmiləl universitet  cəmləşib. Bütün bu  müəssisələr xarici  tələbələrin və müəllimlərin əhəmiyyətli pay hissəsinə sahibdir,  onlar bütün  dünyadan  olan  alimlərlə  tədqiqatlar sahəsində  əməkdaşlıq edir və yaxşı qlobal reputasiyaya  malikdir.    “Times Higher Education”nun yeni reytinqi ilə daha ətraflı www.timeshighereducation.com/student/best-universities/most-international-universities-world-2018 səhifəsindən tanış olmaq olar.

 

Beynəlmiləl reytinq 2018

Dünya reytinqi

2018

Ali məktəbin adı

Ölkə

1.

38

École Polytechnique Fédérale de Lausanne

İsveçrə

2.

10

ETH Zurich – Swiss Federal Institute of Technology Zurich

İsveçrə

3.

40

University of Hong Kong

Honkonq

4.

22

National University of Singapore

Sinqapur

5.

8

Imperial College London

Böyük Britaniya

6.

52

Nanyang Technological University

Sinqapur

7.

130

University of Geneva

İsveçrə

8.

1

University of Oxford

Böyük Britaniya

9.

2

University of Cambridge

Böyük Britaniya

10.

48

Australian National University

Avstraliya

11.

25

London School of Economics and Political Science

Böyük Britaniya

12.

16

UCL

Böyük Britaniya

13.

153

Technical University of Denmark

Danimarka

14.

36

King’s College London

Böyük Britaniya

15.

165

University of Vienna

Avstriya

16.

32

University of Melbourne

Avstraliya

17.

201–250

Copenhagen Business School

Danimarka

18.

63

Delft University of Technology

Niderland

19.

91

University of Warwick

Böyük Britaniya

20.

27

University of Edinburgh

Böyük Britaniya

21.

143

University of St Andrews

Böyük Britaniya

22.

136

University of Zurich

İsveçrə

23.

85

University of New South Wales

Avstraliya

24.

34

University of British Columbia

Kanada

25.

65

University of Queensland

Avstraliya

26.

54

University of Manchester

Böyük Britaniya

27.

117

Trinity College Dublin

İrlandiya Respublikası

28.

115

École Polytechnique

Fransa

29.

58

Chinese University of Hong Kong

Honkonq

30.

5

Massachusetts Institute of Technology

ABŞ

31.

97

Durham University

Böyük Britaniya

32.

80

University of Glasgow

Böyük Britaniya

33.

44

Hong Kong University of Science and Technology

Honkonq

34.

173

KTH Royal Institute of Technology

İsveç

34.

42

McGill University

Kanada

36.

192

University of Auckland

Yeni Zelandiya

36.

61

University of Sydney

Avstraliya

38.

119

City University of Hong Kong

Honkonq

39.

80

Monash University

Avstraliya

40.

119

University of Alberta

Kanada

41.

147

University of Nottingham

Böyük Britaniya

42.

72

Erasmus University Rotterdam

Niderland

43.

104

University of Sheffield

Böyük Britaniya

44.

108

University of Montreal

Kanada

45.

109

University of Copenhagen

Danimarka

46.

76

University of Bristol

Böyük Britaniya

47.

139

University of Leeds

Böyük Britaniya

48.

130

University of Exeter

Böyük Britaniya

49.

182

Hong Kong Polytechnic University

Honkonq

50.

22

University of Toronto

Kanada

51.

6

Harvard University

ABŞ

52.

129

Université Catholique de Louvain

Belçika

53.

93

Lund University

İsveç

54.

78

McMaster University

Kanada

55.

190

Aalto University

Finlandiya

56.

109

Aarhus University

Danimarka

57.

24

Carnegie Mellon University

ABŞ

57.

7

Princeton University

ABŞ

59.

3

Stanford University

ABŞ

60

171

University of Cape Town

Cənubi Afrika
 Respublikası

61.

201–250

University of Waterloo

Kanada

62.

59

University of Amsterdam

Niderland

63.

38

Karolinska Institute

İsveç

64.

146

University of Oslo

Norveç

65.

134

Stockholm University

İsveç

65.

83

University of Groningen

Niderland

67.

14

Columbia University

ABŞ

68.

67

Leiden University

Niderland

69.

86

Uppsala University

İsveç

70.

72

Paris Sciences et Lettres – PSL Research University Paris

Fransa

71.

33

Georgia Institute of Technology

ABŞ

72.

88

Free University of Berlin

Almaniya

73.

47

KU Leuven

Belçika

74.

60

Purdue University

ABŞ

75.

13

Johns Hopkins University

ABŞ

76.

19

Cornell University

ABŞ

77.

45

Heidelberg University

Almaniya

78.

9

University of Chicago

ABŞ

79.

62

Humboldt University of Berlin

Almaniya

80.

86

Rice University

ABŞ

81.

18

University of California, Berkeley

ABŞ

82.

54

University of California, Davis

ABŞ

83.

41

Technical University of Munich

Almaniya

84.

53

University of California, Santa Barbara

ABŞ

85.

68

Utrecht University

Niderland

86

12

Yale University

ABŞ

87.

34

LMU Munich

Almaniya

88.

99

University of California, Irvine

ABŞ

89.

107

Ghent University

Belçika

90.

133

Karlsruhe Institute of Technology

Almaniya

91.

140

Pompeu Fabra University

İspaniya

92.

147

Autonomous University of Barcelona

İspaniya

93.

3

California Institute of Technology

ABŞ

94.

196

Paris-Sorbonne University – Paris 4

Fransa

95.

70

Boston University

ABŞ

96.

201–250

Hebrew University of Jerusalem

İsrail

97.

123

Pierre and Marie Curie University

Fransa

98.

94

University of Tübingen

Almaniya

99.

66

University of Southern California

ABŞ

100.

83

Michigan State University

ABŞ

 

 

Oruc MUSTAFAYEV



06.04.2018 | 14:19