Naxçıvanın Daxili İşlər Nazirliyi ilə birgə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamının icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində (NDU) növbəti tədbir keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, qeyd olunan sərəncam bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar yaradacaq.

 

Nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis-polkovniki Rəşad Seyidov bildirib ki, təhsil müəssisələrinin müvafiq təşkilatlara hamiliyə verilməsi biliki və təcrübəli gənc kadrların yetişdirilməsinə, onların öz ideyalarını təcrübədə tətbiq etmələrinə dəstək olmaqdan ibarətdir.  Bu sahədə hami təşkilatların qarşısına qoyulan vəzifə muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə nail olmaqdır.

 

Nazirliyin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis-polkovniki Hikmət Əliyev, İstintaq və Təhqiqat Şöbəsinin Kriminalistik tədqiqatlar bölməsinin baş kriminalist-təhqiqatçısı, polis-mayoru Mirhəsən Seyidli naziriliyin iş strukturu, kriminalistika sahəsində istifadə olunan üsullarından söhbət açıblar. Çıxış edənlər startap layihələrinin önəmindən, cəmiyyətə faydasından danışıblar.



30.04.2019 | 12:56