Sınaq imtahanı keçirilir

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə yeni onlayn sınaq imtahanı keçirilir

 

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, bu imtahana yazılanlar bundan əvvəl keçirilmiş 4 sınaq imtahanını da ödənişsiz verə bilərlər.

 

Məlumat üçün qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir.

 

Hazırda portalda qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqları istifadə olunmaqla növbəti – 5-ci sınaq imtahanı keçirilir. İmtahana yazılanlar istəklərinə uyğun olaraq günün istənilən vaxtında imtahan üçün nəzərdə tutulan səhifəyə daxil olub bilik və bacarıqlarını yoxlaya bilərlər.

 

İmtahanda iştirak haqqı 3 manatdır. Bu sınaq imtahanına yazılanlar əlavə olaraq bundan əvvəl keçirilmiş 4 sınaq imtahanını da ödənişsiz verə bilərlər.

 

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar.

 

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və yaMilliön terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə bağlı portalda geniş məlumat yerləşdirilib.

 

 



30.04.2019 | 16:04