“Sumqayıt – Çyu Cou: əməkdaşlıq üfüqləri” mövzusunda seminar keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Dünya Qardaş Şəhərlər gününə həsr olunmuş “Sumqayıt – Çyu Cou: əməkdaşlıq üfüqləri” mövzusunda tələbə elmi seminarı keçirilib.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov  Azərbaycan və Çinin ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələrin inkişafından bəhs edərək, ölkə başçısı İlham Əliyevin  Pekində 2-ci  “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq  Forumunda iştirakının  əhəmiyyətindən danışıb.          R.Abbasov qeyd edib ki,   Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "China National Electric Engineering" şirkətinin rəhbərliyi ilə Prezident İlham Əliyevin görüşünün keçirilməsi və Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə bağlı niyyət protokolunun imzalanması, Azərbaycan-Çin əməkdaşlığının kimya sənayesində intensivləşməsinə xidmət edəcəkdir.

 

Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Sumqayıtın mövcud sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələrindən danışıb. Bildirilib ki, Çyu Cou şəhərində də çoxsaylı xarici şirkətlərin filiallarının yerləşdiyi yüksək texnologiyalar zonası var.

 

Seminarın sonunda dövlət başçısı  İlham Əliyevin Çinə səfərinin nəticələri və Azərbaycanın iqtisadi inkişafının yeni perspektivləri barədə geniş  fikir mübadiləsi aparılıb.

 



01.05.2019 | 13:58