ADPK-da “Solğun çiçəklər” əsərinin premyerası keçirilib

 ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə  yazıçının “Solğun çiçəklər” əsərinin premyerası keçirilib.

 

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, başçının müavini Təravət Muradova, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektor Ümid Mirzəyev, Cəfər Cabbarlı ocağının yadigarlarından biri, Cəfər Cabbarlı Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət içşisi Qəmər Seyfəddin qızı, daha sonra Cəfər Cabbarlının nəvəsi Bəhlul Abbasov, Abdulla Şaiqin nəvəsi onun adını daşıyan Ev muzeyinin direktoru Ülkər Talıbzadə, Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, əməkdar artist, Prezident mükafatçısı  Bəhruz Vaqifoğlu və bir çox  qonaqlar iştirak ediblər.

 

Tədbir foyedən Cəfər Cabbarlının Ev muzeyinin ekzpozisiyasının nümayişi və kollecin 100 illiyinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgi ilə başlayıb. Daha sonra kollecin “Mizan” tələbə-dram dərnəyinin rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, professor Məmməd Səfa Qasımovun rəhbərliyi ilə tələbələrin ifasında “Solğun çiçəklər” əsəri nümayiş olunub.

 

Şakir CƏFƏROV

 



01.05.2019 | 16:03