ADPK- da “Peşəkar müəllimlik” kursunun dinləyicilərinə sertifikatlar verilib

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK)   Türkiyənin  ES Akademiyasının  rəhbəri , riyaziyyat  üzrə elmlər doktoru  Erdem Söylemez tərəfindən “Peşəkar müəllimlik” kursu   keçirilib. ADPU və kollecin birgə təşkilatçılığı ilə keçirilən  kursda ali təhsil ocağının və ADPK-nin    bir qrup tələbəsi   iştirak edib. Erdem Söylemez bildirib ki,    kursu  təşkil  etməkdə məqsəd  gənclərimizin peşəkar müəllim kimi yetişməsində əsrimizin ehtiyaclarına cavab verə biləcək müəllimlər hazırlamaqdır.  Kurs müddətində   “Bədən dili”,”Müəllimlik peşəsi”,“Uşaq yetişdirilməsində edilən səhvlər”,”Sinif  idarəetməsi” və “ Ünsiyyət maneləri” mövzuları   dinləyicilərə  öyrədilib.

 

 Kursun  birinci mərhələsi fevralda , ikinci mərhələsi  isə mayın 2-də başa  çatıb. Bildirilib ki,  “Peşəkar müəllimlik” kursunun  davamı  gələn il olacaq.

 

Kursun dinləyicilərindən - ADPK-nın tələbələri S. Xəlilova, B. Haxtari, A.Güləliyeva və ADPU-nun tələbələrindən T.Əhmədova , Ü.Məhərrəmova və başqaları  kursda  xeyli bilgi əldə etdiklərin bildiriblər.

 

Kursun  başa çatması münasibətilə  E.Söylemezə ADPK-nın direktoru, dosent İsrayil  İsgəndərov pedaqoji kollektiv adından  öz təşəkkürünü bildirb və ona gələcək işlərində  uğurlar arzulayıb.

 

Sonda  kursun dinləyicilərinə və  bu işin təşkilində zəhməti olan müəllimlərə sertifikatlar təqdim olunub.

                                                                                                                   

Şakir CƏFƏROV  

 



02.05.2019 | 16:50