“Mənalı ömrün izi ilə”

Mayın 3-də Bakı Humanitar fənlər  təmayüllü məktəb-liseydə  ümummilli  lider Heydər  Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş  “Mənalı ömrün izi ilə” adlı  tədbir keçirilib.Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin, rayon mədəniyyət mərkəzinin nümayəndələri, müəllimlər və tanınmış ziyalılar iştirak ediblər. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra  tədbiri giriş sözü ilə açan  məktəb-liseyin direktoru Nəzakət Əsgərova   ümummilli lider Heydər Əliyevin təkcə təhsilin   deyil,   digər sahələrin də inkişafında  misilsiz  xidmətləri olduğunu bildirib. Vurğulanıb ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur  ulu öndər Heydər Əliyevin  irsən qoyub getdiyi milli tərəqqi  ideyalarının, inkişaf strategiyasının məntiqi  təzahürüdür.

 

Tədbirdə Xətai Rayon İcra  Hakimiyyətinin  nümayəndəsi  Məhəmməd İbrahimov çıxışında qeyd edib ki, ulu öndər  Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  dövrlərdə  ölkənin tərəqqisi yolunda mühüm tarixi qərarlar qəbul etmiş, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartmışdır.  Böyük siyasi və dövlət xadimi, xalqın ümummilli lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrildiyi vurğulanıb,  Heydər Əliyevin xilaskarlıq missiyasından və  Azərbaycançılıq ideyasından bəhs  olunub.

 

Daha sonra tədbirdə ulu öndər Heydər Əliyevə  həsr olunmuş  şeir söylənilib, mahnı oxunub və videoçarx  nümayiş etdirilib.           

 

Şakir CƏFƏROV

 



03.05.2019 | 18:00