Peşə mərkəzlərinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində pilot peşə məktəblərinin mühəndis-pedaqoji heyəti üçün “Traktorların tənzimlənməsi və istifadəsi” mövzusunda təlim keçirilib.

 

5 gün davam edən təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub. Təlimdə Qəbələ Dövlət Peşə Tədris Mərkəzinin, Qax Peşə Liseyinin, İsmayıllı Peşə Tədris Mərkəzinin mühəndis-pedaqoji heyəti iştirak edib. Layihənin əhatə etdiyi regionlarda fəaliyyət göstərən 10 sahibkarlıq subyektinin mühəndis-texniki heyəti, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göyçay Regional Peşə Tədris Mərkəzinin müvafiq əməkdaşları da təlimlərə qatılıblar.

 

Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin dəstəyi ilə həyata keçirilib.

 

Təlimlərin məqsədi pilot peşə mərkəzlərinin mühəndis-pedaqoji heyətini kənd təsərrüfatı sahəsində ən yeni təcrübə, texnika və metodlarla tanış etmək, onların bilik və bacarıqlarını gücləndirməkdir. 

 

Qeyd edək ki, təlimlər kənd təsərrüfatının fərqli istiqamətləri üzrə (aqroservis, heyvandarlıq və bitkiçilik) davam etdiriləcək.

 



08.05.2019 | 13:06