Müəllimlər arasında şahmat yarışı keçirilib

Abşeron rayon ümümtəhsil məktəblərinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

 

Yarışın keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, güclü şahmatçıları aşkara çıxarmaq, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarət olub.

 

Sonda Masazır kənd 3 nömrəli tam orta məktəbinin müəllimi Natavan Yelmarova I, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Novruzova II, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Elşad İsrafilov isə III yerlərə layiq görülüblər.

 

Şakir CƏFƏROV

 



09.04.2018 | 17:25