“Bizim müəllim”

Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinin coğrafiya müəllimi Aytən Məmmədovaya həsr olunub. Aytən Məmmədova 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 54 bal toplayıb.

 

Uşaqlıqdan coğrafiya fənninə xüsusi marağı olduğunu bildirən Aytən Məmmədova dərs zamanı şagirdlərinin dünyanı qiyabi olaraq səyahət etməsinə çalışdığını deyir.

 

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

 



10.05.2019 | 10:10