Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir

Bakıdakı 73 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Füzuli Həsənov bildirib ki, əsrlərdən bəri qorunub saxlanılan və bu gün də aktuallığını itirməyən Nəsimi poeziyası öz fəlsəfi məzmunu ilə seçilir. Azərbaycan ədəbiyyatı tarixində silinməz iz qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlər bu gün də qiymətlidir. Nəsimi irsi insanların mənən kamilləşməsinə xidmət edir.

 

Məktəbin direktor müavini Çəməngül Həsənov, kitabxana müdiri Təranə Əhmədova,  kitabxanaçı Aybəniz Əliyeva və başqaları çıxışlarında tədbirin əhəmiyyətindən, “Nəsimi ili”nin önəmindən, mütəfəkkir şairin zəngin yaradıcılığından bəhs ediblər. Bildirilib ki, Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları və yeni məzmunla zənginləşməsində görkəmli şairin misilsiz xidmətləri olub.

 

Tədbirin sonunda məktəbin şagirdləri Nəsiminin  şeirlərini söyləyiblər.

 


Rəşad ZİYADOV

 



10.05.2019 | 15:29