Ümummilli liderin xatirəsinə həsr olunmuş daha bir sərgi

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illik yubileyi və anadan olmasının 96-cı ildönümü münasibətilə uzunmüddətli sərgi təşkil edib.

 

Qurumun İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, sərgidə “Milli mənəvi dəyərimiz”, “Üstün zəka”, “Heydər Əliyev və Azərbaycanda milli siyasət” (H.Orucov), “Azərbaycanda aqrar islahatlar” (Q.Məmmədov), “Millətin atası” (H.Mirələmov), “Xilaskar” (E.Elduası), “Böyük öndər” (E.İsmayıl), “Heydər Əliyev və kinematoqraf” (A.Kazımzadə), “Heydər Əliyevin dil siyasəti” (V.Əliyev), “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi” (M.Həsənova), “Müdrikliyin zirvəsi” (B.Sadiq), “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” (A.Xələfov), “Bir taledə iki ömür. Xatirələr və düşüncələr” (T.Yəhyayev), “Гейдар Алиев и русская культура”, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” və digər kitablar nümayiş olunur.

 

Sərgidə nümayiş etdirilən kitablar haqqında məlumat MEK-in elektron kataloqunda əks olunub. Kitablar e-formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib. Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında MEK tərəfindən hazırlanmış videofilm kitabxananın oxucularına və ziyarətçilərinə gün ərzində nümayiş etdirilir.

 



10.05.2019 | 16:18