BMU tələbələrinin qələbəsi

Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına əsasən  “Gənclik” Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XIV Respublika Universiadası keçirilir. İdmanın 10 növü üzrə keçirilən yarışlar ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edir.

 

Sözügedən yarışda Bakı Mühəndislik Universitetinin tələbələri də fəal iştirak ediblər. Milli Aviasiya Akademiyasında sərbəst güləş üzrə keçirilən yarışda BMU-nun tələbələri Məmmədəli Quliyev 61 kq çəki dərəcəsində I yerə, Vüqar Quliyev isə 61 kq-da III yerə layiq görülüb.

 

Yarışın qalibləri bu ilin 3-14 iyul tarixlərində İtaliyanın Neapol şəhərində keçiriləcək XXX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.

 



10.05.2019 | 18:25