“Sumqayıt-70” adlı incəsənət festivalı

Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib. Festivalda məktəbin uşaq xalq çalğı alətləri orkestrinin ifasında S.Rüstəmovun “Sumqayıt”, E.Sabitoğlunun “Azərbaycan” mahnıları səslənib. Həmçinin Respublika müsabiqəsinin qalibi olmuş məktəbin məzunu Nərmin Mirzəyevanın ifasında “Heyratı” zərb muğamı, VIII və IX Respublika müsabiqəsinin qalibi olmuş məktəbin uşaq xor kollektivi, “Nağaraçılar ansamblı”, “Ümid” rəqs qrupunun çıxışları, məktəbin skripka üzrə VI sinif şagirdi Elcan Manaflının ifasında Ü.Hacıbəylinin “Sevgili canan”, fleyta ixtisası üzrə I sinif şagirdi Sevil Seyidovanın ifasında S.Rüstəmovun “Alagöz”, saz üzrə II sinif şagirdi Cavad Kərimovun ifasında “Ruhani” saz havası və digərlərinin ifası tamaşaçılarda xoş ovqat yaradıb.

 

Qeyd edək ki, festival çərçivəsində məktəbin rəsm şöbəsinin şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işlərindən ibarət  sərgiyə baxış keçirilib.

 

 

Sifai SƏFƏROVA

 



10.05.2019 | 19:55