Azərbaycan İlahiyyat İnstitutunda Mirzə Cəlil müzakirələri

Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) geniş müzakirələrə səbəb olub. “Molla Fəzləli”, “Qurbanəli bəy”, “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları”, “Ölülər”, “Anamın kitabı”, “Buz” hekayələri tələbələrin iştirakı ilə keçirilən tədbirdə təhlil edilib.

 

Müzakirələr zamanı qeyd olunub ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində xüsusi rol oynayır. Qiraət insani və iradi keyfiyyətlərin yaradılmasında, mənəviyyatın dolğunlaşdırılmasında  əhəmiyyətli faktorlardan hesab edilir. Vurğulanıb ki, sözügedən əlamətlər gənclərdə mütaliəyə olan marağın artması ilə yanaşı, onlarda həm də bədii zövqün inkişafına təsir edir.

 

Aİİ-də təşkil edilən müxtəlif məzmunlu tədbirlərin əsas məqsədi tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, tarixə, milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılmasına töhfə verməkdir.

 

 



13.05.2019 | 15:32