7000-dən artıq şəxs sınaqdan keçiriləcək

Müəllimlərin işə qəbulu ilə bağlı mayın 16-dan etibarən keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatıb. Sınaq imtahanında iştirak etmək istəyən 7000-dən artıq şəxs elektron ərizəsini təsdiqləyib.

 

İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanı daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq keçirilir: “7000-dən artıq şəxsin 67,5 faizi hazırda işləməyən şəxslərdir. Yerdə qalan 32,5 faizi hazırda müəllim işləyənlərdir. Yerlər məhdud olduğu üçün sınaq imtahanına dəvət qeydiyyat sırasına əsasən aparılacaq. İmtahanda iştirak ödənişsizdir. Sınaq imtahanı 10 gün ərzində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək”.

 

Ruhiyyə

 



13.05.2019 | 15:43