BDU İsrail universitetləri ilə əməkdaşlıq edəcək

İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberq Bakı Dövlət Universitetində olub. 

 

Rektor Elçin Babayev universitet haqqında məlumat verib, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə İsrail universitetləri ilə əməkdaşlığa önəm verdiyini bildirib.

 

Avital Rosenberq universitetlər arasında elm və təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib və səfirliyin bütün bu məsələlərə dəstək olacağını vurğulayıb.

 

Görüşdə tələbə-müəllim mübadiləsi, təbiət elmləri sahəsində birgə layihələrin hazırlanması barədə fikir mübadiləsi aparılıb, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğu vurğulanıb.  

 



15.05.2019 | 12:34