“Sazlı-sözlü şəhərim” aşıq müsabiqəsinin I turu yekunlaşıb

Sumqayıt şəhərindəki N.Nərimanov adına Mədəniyyət Mərkəzində şəhərin 70 illiyi ilə bağlı “Sazlı-sözlü şəhərim” adlı aşıq müsabiqəsinin birinci turuna yekun vurulub. Müsabiqədə Bülbül adına Uşaq İncəsənət Məktəbi, F.Əmirov adına Uşaq Musiqi Məktəbi, S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin şagirdləri, həmçinin N.Nərimanov adına Mədəniyyət Mərkəzi, 4 nömrəli diyarşünaslıq klubu, Dostluq Mədəniyyət Evinin özfəaliyyət kollektivlərinin üzvləri, həvəskar saz ifaçıları instrumental və vokal aşıq havalarını  səsləndiriblər.

 

İfaları ilə yüksək bal toplayan səkkiz iştirakçı münsiflər heyətinin qərarı ilə ikinci tura vəsiqə qazanıb.

 

Qeyd edək ki, müsabiqənin ikinci turu iyunun 11-də keçiriləcək.

 

 

Sifai  SƏFƏROVA

 



15.05.2019 | 19:30