GDU-da bəzi fənlər üçün “bunker” sualları ləğv olunub

Gəncə Dövlət Universitetində 2018/2019-cu tədris ilinin yaz semestri imtahanlarında azkreditli fənlər üçün “bunker” sualları ləğv olunub.

 

Bu barədə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov mayın 14-də ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan tələbələrlə görüşdə 2018/2019-cu tədris ilinin yaz semestri imtahanlarında tətbiq ediləcək çoxsaylı, əsaslı yeniliklər barədə məlumat verərkən deyib.

 

Bildirilib ki, əvvəllki illərdə kreditləri az olan (2-3 kredit) fənlərin testləri “bunker”də, fənnin tədris olunduğu proqram əsasında, ixtisasçı müəllimlər tərəfindən tərtib edilib. Bu tədris ilinin yaz semestrinin imtahan sessiyasından isə digər fənlər kimi bu fənn imtahanı testlərinin də tərtib edilərək tələbələrə verilməsi təmin ediləcək.

 



16.05.2019 | 13:05