“Bir” Tələbə-Könüllü proqramından yeni layihəyə dəstək

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Bakı Nəqliyyat Agentliyi tərəfindən  həyata keçirilən “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihəyə dəstək verib.

 

Layihənin məqsədi paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından mühüm əhəmiyyət daşıyır. 

 

Bu məqsədlə aparılan sorğuda 203 könüllü 600-dək dayanacaqda 30 000 nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib.

 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsi inkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

 



22.05.2019 | 11:12