Daha bir avropalı alim UTECA-da

Azərbaycan Texnologiya Universiteti (UTECA) Erasmus+ proqramı əlaqələrini gücləndirməkdədir. Bu çərçivədə daha bir avropalı alimin təlimlərinə start verilib. Polşanın Varşava Ekologiya və Menecment Universitetinin professoru,  Keyfiyyətin təminatı və artırılması üzrə dekan müavini Boqdan Qorçitsa UTECA-da akademik mobillik proqramına dair təcrübələrini bölüşür.

 

5 gün davam edəcək təlimlər Data toplama üsulları, müsahibəyə hazırlıq və müsahibənin keçirilməsi, tədqiqat işinin yazılması, tədqiqat metodlarını əhatə edir. 

 

Seminarlar praktik və nəzəri olmaqla iki mərhələli şəkildə həyata keçirilir.  

 



22.05.2019 | 15:36