“Tibb və hüquq” mövzusunda forum keçirilib

Azərbaycan Tibb Universiteti (ATU) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə tibb fakültəsinin 100 illik yubileyi münasibətilə iki universitetin tələbələri arasında “Tibb və hüquq” mövzusunda müzakirə forumu keçirilib.

 

I mərhələsi BDU-da, II mərhələsi isə ATU-da keçirilən forumda toxunulan mövzulara tibbi və hüquqi baxımından yanaşmalar tələbələr üçün böyük maraq  yaradıb.

 

Forum çərçivəsində ATU-nun I müalicə-profilaktika fakültəsinin tələbələri Fərhan Namazov, Mirxəzər İsmayılov, BDU-nun hüquq fakültəsinin tələbəsi Xanım Musayeva “Evtanaziya”, “Yaşam və ölüm” və digər mövzularda çıxışları dinlənilib.  

 

Mövzular ətrafında hər iki universitet tələbələri arasında maraqlı müzakirələr aparılıb.

 

Sifai  SƏFƏROVA

 



23.05.2019 | 14:36