74 ixtisas istiqaməti üzrə müsabiqə elan olunub

Azərbaycan Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib.

 

 

Müsabiqəyə Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti üzrə magistr dərəcəsinə qəbul olunmuş 16-29 yaşlı gənclər qatıla bilər. Bunun üçün Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etmək lazımdır.

 

Üstünlük veriləcək ixtisasların siyahısını təqdim edirik:

 

Təhsil ixtisasları qrupu

 

-Təhsil idarəçiliyi

 

-Təhsildə sosial-psixoloji xidmət 

 

Humanitar və sosial ixtisaslar qrupu

 

-Beynəlxalq hava hüququ

 

-Dövlət Siyasəti

-Psixologiya

 

 -Sosial iş

 

 -Sosiologiya

 

-Turizm hüququ

 

 Mədəniyyət və incəsənət ixtisasları qrupu

 

-Abidələrin bərpası və rekonstruksiyası

 

-Art-menecment

 

-Xoreoqrafiya sənəti

 

-İnstrumental ifaçılıq

 

-Kinooperator

 

-Kinossenarist

 

-Kinoşünaslıq

 

-Musiqişünaslıq

 

-Muzeyşünaslıq

 

-Prodüserlik

 

-Rejissorluq

 

-Solo oxuma

 

-Qrafika

 

-Teatrşünaslıq

 

İqtisadiyyat və idarəetmə ixtisasları qrupu

 

-Davamlı inkişafın idarə edilməsi

 

-Davamlı inkişafda təbii ehtiyatların idarəedilməsi

 

-İnnovasiyaların və layihələrin idarə olunması

 

-İnvestisiyanın iqtisadi qiymətləndirilməsi

 

-Mühəndislik layihələrinin idarəedilməsi

 

-Turizm marketinqi

 

Təbiət ixtisasları qrupu

 

-Kompüter elmləri

 

Texniki və texnoloji  ixtisaslar qrupu

 

-Aerokosmik mühəndislik (Aerospaceengineering)

 

-Biotexnologiya

 

-Böyük verilənlərin emalı və süni intellekt

 

-Dəniz texnikası və texnologiyası mühəndisliyi

 

-Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

 

-Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi

 

-İnformasiya texnologiyaları mühəndisliyi

 

-Kiber təhlükəsizlik

 

-Kompüter mühəndisliyi

 

-Kosmik texnika və texnologiyalar mühəndisliyi

 

-Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

 

-Memarlıq

 

-Nanotexnologiya

 

-Nəqliyyat mühəndisliyi

 

-Peyk müşahidəsi (“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin

məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”na əsasən)

 

-Proqram mühəndisliyi

 

-Robototexnika

 

-Sənaye mühəndisliyi və idarəetmə

 

-Şəhərlərin nəqliyyat planlaşdırılması və idarə olunması mühəndisliyi

 

-Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

 

-Turizmdə informasiya texnologiyalarının tətbiqi

 

-Yerin məsafədən müşahidəsi və Coğrafi İnformasiya Sistemləri (Remote sensing and GİS) 

 

Kənd təsərrüfatı ixtisasları qrupu

 

-Aqroekologiya

 

-Aqromühəndislik

 

-Aqronomluq

 

-Balıqçılıq və balıqçılıq təsərrüfatı işi

 

-Baytarlıq

 

-Ərazi planlaşdırma və rayon plana alınması

 

-Qida təhlükəsizliyi

 

-Şərabçılıq

 

-Torpaqşünaslıq və aqrokimya

 

-Zootexniklik

 

Səhiyyə, rifah və xidmət ixtisasları qrupu

 

-Davamlı turizm

 

-Destinasiyanınidarəedilməsi

 

-Əczaçılıq

 

-İctimai səhiyyə və səhiyyənin idarəedilməsi

 

-Qlobal turizm idarəçiliyi

 

-Mədəni irs və turizmin idarəedilməsi

 

-Tədbir təşkilatçılığı

 

-Turizm bələdçiliyi

 

-Turizm və qastronomiya/restoran işi

 

-Turizm və otelçilik

 

-Turizm və sosial-mədəni servis xidməti

 

-Turizmdə mədəni irsin idarəçiliyi

 

-Turizmdə nəqliyyat xidmətləri

 

Qeyd edək ki, müsabiqəyə müraciətlər 23 iyun 2019-cu il saat 18:00-dək qəbul ediləcək.



24.05.2019 | 16:05