202 saylı tam orta məktəbin şagirdləri Fizika İnstitutunda olublar

Nərimanov rayonunun 202 saylı tam orta məktəbinin VII,VIII və IX sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olublar.

 

Şagirdlərlə görüşün təşkilində əsas məqsəd məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir.

 

Fizika İnstitutunun İnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru İlham Həsənovun rəhbərliyi altında təhsil ocağının alimləri  elmi müəssisənin  fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar,  laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat veriblər.

 

Şagirdlərə, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklər barədə ətraflı danışılıb.

 



24.05.2019 | 20:58