"Uşaq hüquqlarının müdafiəsi" mövzusunda "dəyirmi masa"

Uşaq Hüquqları Aylığı çərçivəsində Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə "Uşaq hüquqlarının müdafiəsi" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə əvvəlcə qonaqlar şagirdlərin uşaq hüquqlarına həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

 

Məktəbin direktoru T.Hüseynova “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edərək dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Bildirilib ki, dünyada müxtəlif zəmində baş verən münaqişələrdə uşaqlara qarşı zorakılıq faktlarının müşahidə olunduğu bir zamanda, ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Bu da öz növbəsində uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaradır.

 

Mövzu ətrafında səmərəli müzakirələrlə davam edən tədbirdə bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

Sonra uşaq hüquqlarından bəhs edən videoçarxa baxılıb, şagirdlərin hazırladıqları ədəbi-bədii hissə nümayiş olunub.

 

 

Rəşad ZİYADOV

 



24.05.2019 | 22:20