“Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin II mərhələsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi ilə əlaqədar olaraq  9-10-cu sinif şagirdləri arasında “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin II mərhələsi keçirilib. Respublika üzrə 8 müxtəlif məktəbdən II mərhələyə keçən 31 şagirddən 27 nəfəri müsabiqədə iştirak ediblər.

 

AMEA NKPİ-nin direktoru, akademik Vaqif Abbasov şagirdlərlə söhbət edib, onlara kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib.

 

Şagirdlər institutda yerləşən Y.Məmmədəliyevin Momerial muzeyi ilə də tanış olublar. V.Abbasov şagirdlərə akademik Y.Məmmədəliyevin həyatı və elmi işləri haqqında ətraflı məlumat verib.

 

Sonra şagirdlər 2 saat müddətində 30 test suallarını cavablandırıblar. Bu mərhələdə sualların  ≥70%-nə düzgün cavab verən 22 nəfər şagird III mərhələyə keçiblər.

 

Qeyd edək ki, III mərhələ sentyabr ayının 21-də baş tutacaq. Bu mərhələdə isə şagirdlərdən I, II və III yerləri tutanlara uyğun diplom və qiymətli hədiyyələr veriləcək, III mərhələnin digər iştirakçıları fərqlənmə diplomu ilə mükafatlandırılacaqlar.

 



27.05.2019 | 13:33