Magistraturaya keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

2019/2020-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına mayın 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, imtahanda 8559 bakalavr iştirak edib. 54 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 1 nəfər ən yüksək nəticə ‑147 bal toplayıb.  Magistraturaya qəbul imtahanlarında toplanıla biləcək maksimal bal 150-dir.

 

Xatırladaq ki, imtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=15 keçidinə daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.



29.05.2019 | 17:41