1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Hər birimiz bir çiçək” adlı tədbir  keçirilib.

 

Tədbirdə mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə hazırlanmış musiqi nömrələri, şeir kompozisiyaları və səhnəciklər nümayiş edilib.

 

Tədbir uşaqlarda humanizm, dostluq, həmrəylik və vətənə sevgi hisslərinin tərbiyə olunması, onların istedad və bacarıqlarının  üzə çıxarılması məqsədilə təşkil olunub.

 

Sonda iştirakçılara sertifikatlarlar təqdim olunub.

 



31.05.2019 | 11:00