Tələbələr AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda olub

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Dövlət Universitetinin (NDU) hamiliyə götürülmüş “Tərcümə” (Ərəb-Azərbaycan) və “Tərcümə” (Fars-Azərbaycan) ixtisaslarının tələbələri ilə “Əlyazmalara ilkin rəylərin yazılması” mövzusunda praktiki məşğələ aparılıb.

 

Fondun direktoru filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqaməti, burada  mühafizə olunan qədim əlyazma və çap kitabları haqqında tələbələrə ətraflı məlumat verib.

 

Daha sonra  Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov əlyazma və çap kitablarının toplanma yolları və onlara ilkin elmi rəylərin yazılma qaydaları ilə tələbələri əyani tanış edib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



31.05.2019 | 22:11