Təhsil TV: ADMİU-da beynəlxalq konfrans

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin  tədqiqi problemləri”  mövzusunda XVII beynəlxalq   elmi-praktik  konfrans keçirilib. Konfransa  humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor müəllim heyəti, doktorant, dissertant və magistrantlarla  bərabər bir çox xarici ölkənin tanınmış universitetlərinin tədqiqatçıları  da qatılıblar.

 



13.04.2018 | 18:35