“Web of Science” platforması haqqında maarifləndirici seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universtetində (ADAU) “Thomson Reuters” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadənin iştirakı ilə “Web of Science” platforması haqqında maarifləndirici seminar keçirilib.

 

Seminarın təşkilində məqsəd universitetin professor-müəllim heyətini beynəlxalq “Web of Science” məlumat platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin müasir beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə tanış etməkdir.

 

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov seminarın alimlər üçün qlobal elmi bazaya çıxış təcrübəsi qazanmaq baxımından faydalı olacağını vurğulayıb.

 

Seminarda təqdimatla çıxış edən, “Thomson Reuters” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə “Web of Science” məlumat platforması haqqında danışıb. Diqqətə çatdırılıb ki, bu platformada elmi nəşrlərin aparıcı beynəlxalq məlumat bazası, eləcə də elmi istinadların və elmi tədqiqatların bir sıra məlumat bazaları yerləşir. O, həmçinin təbiət, texnika, ictimai, humanitar və digər sahə elmləri üzrə elmi jurnalların göstəriciləri, beynəlxalq istinad səviyyəsi haqqında məlumat verib.

 

Seminarda “Web of Science” saytında axtarış vasitələrindən səmərəli istifadə yolları əyani nümayiş etdirilib.

 



11.06.2019 | 18:40