15 yaşlı idmançımız beynəlxalq turnirdə qalib olub

Azərbaycan idmançısı, “Qızıl əlcək” idman klubunun üzvü Nihat Tağızadə Gürcüstanda keçirilən kikboksinq üzrə beynəlxalq turnirdə uğura imza atıb.

 

Turnirdə 45 kiloqram çəki dərəcəsində mübarizə aparan 15 yaşlı idmançımız K-1 yarışlarında gürcüstanlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Ermənistandan olan  idmançılar  mübarizə aparıblar.



12.06.2019 | 10:02