Milli Qurtuluş Gününə həsr olunan sərgi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 15 İyun- Milli Qurtuluş Günü ilə əlaqədar sərgi təşkil olunub.

 

Sərgidə “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Heydər Əliyev fenomeni”, “Qayıdış”, “Qurtuluş dastanı”, “Azərbaycanı dünyaya saydıran insan”, “Zamanı qabaqlayan dahi”, “Xilaskar” və digər bu qəbildən olan kitab və monoqrafiyalar nümayiş olunur.

 

Bundan başqa, sərgidə ümummilli lider Heydər Əliyevin ölkə və xalq qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən qəzet, jurnal və toplu materialları da ziyarətçilərin ixtiyarına verilib.

 



12.06.2019 | 20:15