Coğrafiyaçı alim beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov iyunun 5-dən 8-dək Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası nəzdində Fundamental Coğrafi Problemlər Üzrə Birləşmiş Elmi Şuranın və Beynəlxalq Elmi Seminarın 23-cü sessiyasının işində iştirak edib.

 

Belarusiyanın Qrodnı şəhərində keçirilən "MDB regionu və ölkələrində yaşıl iqtisadiyyata keçidin ekoloji və coğrafi problemləri" adlı tədbirdə 7 ölkədən 50 coğrafiyaçı alim iştirak edib.

 

Təmsilçimiz tədbir çərçivəsində təşkil edilən “Yaşıl infrastrukturun təşkili və yaşıl iqtisadiyyata keçidin əsası kimi ekosistem xidmətlərinin inkişafı” adlı “Dəyirmi masa”da akademik Ramiz Məmmədovla birgə hazırladığı “ Azərbaycanın iqlim ehtiyatları və yaşıl iqtisadiyyat məqsədilə onlardan istifadə imkanları” mövzusunda məruzə ilə çıxış edib.

 



13.06.2019 | 19:14