“Özün düzəlt” festivalı keçirilib

Hədəf STEM Liseyində “Özün düzəlt” elm, mühəndislik, faydalılıq festivalı keçirilib.  

 

“Xəyallarını əllərin göstərsin” adı ilə reallaşan tədbirdə liseyin şagirdlərinin elm, texnologiya sahəsi üzrə hazırladıqları eksponatlar nümayiş olunub.  Hədəf STEM Liseyinin direktoru, dosent Şəmil Sadiqə festivalın böyük əhəmiyyət kəsb etdiyindən söz açıb.

 

Tədbirin  sonunda  il ərzində fərqlənən şagirdlərə mükafatlar təqdim olunub.

       

Sifai SƏFƏROVA

 



19.06.2019 | 11:41