Hindistan səfiri LDU-da olub

Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqaladə və səlahiyyətli  səfiri cənab  Bavitlunq Vanlalvavna  və xanımı Lənkərana iki günlük səfərləri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olublar.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşdə qonaqlara ali təhsil ocağı barədə ətraflı məlumat verilib. Universitet rəsmisi Hindistan səfirini LDU-da son illərdə təhsilin yenilənməsi istiqamətində görülən işlər, yeni ixtisaslar, turizm-təcrübə bazası, tikilməkdə olan yeni tədris korpusları və yataqxana binası, kadrların hazırlanmasındakı yenilklərlə bağlı da məlumatlandırıb.  N.İbrahimov Hindistanın ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduqlarını qeyd edib.

 

Səfir Bavitlunq Vanlalvavna ölkəsində ali təhsil sisteminin təşkili, bu sahədə olan yenilklər barədə danışıb. Bildirib ki, LDU ilə Hindistandakı ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılmasına yardımçı olmağa hazırdır. Söhbət əsnasında professor N.İbrahimov daha çox aqrar yönümlü ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını nəzərə çatdırıb.   

 

Görüşdə təhsil sahəsində əlaqələrin inkişafı üçün gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.



19.06.2019 | 18:12