Milli Qəhrəmanımız anılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsinin İctimai elmlər və Multikulturalizm kafedrasının təşkilatçılığı ilə “Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir” adlı elmi-nəzəri konfrans keçirilib.

 

Əvvəlcə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

 

Sonra Tədris işləri üzrə prorektor Anar Hətəmov çıxış edərək, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şərəfli həyat yoluna nəzər salıb. Bildirilib ki, Mübariz qürurlu Azərbaycan əsgəri kimi düşmənə sarsıdıcı zərbə vurub. 22 yaşında Milli Qəhrəman olmaq hər kəsə nəsib olmur. Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub gedib.

 

Daha sonra İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri, dosent Azad Bayramov, kafedranın dosenti Əbdürəhman Kazımov, kafedranın müəllimi Türkan Əhmədova və Multikulturalizm kafedrasının t.ü.f.d, dos. əvəzi Elgün Aslanov çıxış ediblər.



19.06.2019 | 19:44