"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələrindən 8 medal

16-20 iyun 2019-cu il tarixlərində Macarıstan Respublikasının Budapeşt şəhərində döyüş idman növləri üzrə məktəblərin dünya oyunları keçirilib. 18 ölkədən 2350 idmançının qatıldığı yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin karate və cüdo idman növləri üzrə komandaları 9 idmançı ilə təmsil olunub.

 

Mərkəzin yetirmələri yarışlarda 5 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb, karate idman növü üzrə medal sayına görə 8 ölkə arasında komanda hesabında I yerə layiq görülüb.



20.06.2019 | 12:39