Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında

Kipr Respublikasında yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadası keçirilir.

 

Olimpiadada Azərbaycanı 6 nəfərdən ibarət komanda təmsil edir. Komandaya Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdləri Amin Cəfərzadə, Toğrul Abbasov, nazirliyin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Aysun Bayramlı, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Əlizadə və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Yusif Qasımov üzvdür.

 

Yarışda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədi ilə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində 2 seçmə imtahanı keçirilib. Seçmə imtahanlarında 37 nəfər iştirak edib.

 

Olimpiada iyunun 25-də başa çatacaq.



20.06.2019 | 16:15