“Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir

112 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya”nın işinin gücləndirilməsi ilə əlaqədar olaraq məktəbdaxili tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf Layihləri üzrə sektorun baş məsləhətçisi Sevinc Əzimova, Sabunçu rayonu məktəb direktorları, direktor müavinləri və “Kiçik Akademiya” rəhbərləri iştirak edib.

 

Tədbirdə Sabunçu rayonu “Kiçik Akademiya”larının işinin gücləndirilməsi üçün 112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının rəhbəri Sərxan Şahverdiyevə müvafiq tapşırıqlar verilib. Bildirilib ki, rayon “Kiçik Akademiyaları" arasında təlimatlandırıcı görüşlər keçirilsin.

 

S.Şahverdiyevin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, bu məsələ ilə bağlı 311 nömrəli tam orta məktəbdə 3 təlimatlandırıcı görüş keçirilib. Görüşlərdə rayon məktəblərinin çox hissəsi iştirak edib və “Kiçik Akademiya”nın fəaliyyəti, iş prinsipləri, təlim nəticələri, strukturu, yaradılması haqqında maarifləndirici məlumatlar verilib. Bundan başqa, “Kiçik Akademiya”nın ibtidai bölməsinin rəhbəri İlahə Abdullazadənin təşkil etdiyi tədbirlərdən biri 1 İyun  “Beynəlxalq Uşaqlar Gününə” həsr olunmuş “Balaca Zəhra, sənə salam var!” adlı tədbir təşkilolub. İ.Abdullazadə BŞTİ-nin təşkil etdiyi “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda təşkil olunmuş müsabiqə-konfransda “Tərifnamə” ilə təltif olunub.

 

Rayon “Kiçik Akademiya”ları arasında qarşılıqlı əlaqəni təmin etmək məqsədi ilə “İnsan Hüquqları Aylığı”na həsr olunmuş intellektual olimpiada təşkil edilib.

 

S.Şahverdiyev bildirib ki, “Kiçik Akademiya”larln üzvləri iştirak etdikləri tədbir və yarışlarda müxtəlif uğurlar əldə ediblər. Belə ki, Məmmədyarova Leyla “Lütfi Zadə adına  Məntiq Olimpiadası”nın final turunda fəal iştirak edib. Riyaziyyat fənni üzrə Məmmədyarova Leyla və kimya fənni üzrə Əliyeva Şəms V Respublika fənn olimpiadasının final turuna vəsiqə qazanıblar: “İl ərzində ən böyük uğurumuz “Kiçik Akademiya”nın təsvri-incəsənət kafedrasının üzvü Quliyev İbrahim Respublika Yaradıcılıq Festivalında iştirak edərək qızıl medala layiq görülüb.

 

Qeyd olunanlarla yanaşı, “Kiçik Akademiya”nın X-XI sinif şagirdlərindən ibarət komanda  STEM+ layihəsində fəal iştirakına görə diplom və hədiyyələrlə mükafatlandırılıblar.                

                  



20.06.2019 | 16:36