Musiqi məktəblərinin kollektivləri konsert proqramı ilə çıxış ediblər

Əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün Sumqayıt bulvarındakı yay estradasında şəhərin musiqi məktəblərinin kollektivləri konsert proqramı ilə çıxış ediblər. Q.Qarayev adına Uşaq Musiqi Məktəbinin konsert proqramı Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə  baş tutub.

 

Məktəbin şagirdləri və müəllimlərinin ifa etdiyi rəngarəng musiqi proqramı şəhər sakinlərində və qonaqlarda xoş ovqat yaradıb.

 

Konsertdə səslənən Azərbaycan və dünya bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

 

Sifai SƏFƏROVA

 



24.06.2019 | 21:00