ADNSU ilə İranın Şərif Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İranın Şərif Texnologiya Universitetinin nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə iştirak edən ADNSU-nun Tədris İşləri üzrə prorektoru, dosent Qasım Məmmədov qonaqlara universitet haqqında ətraflı məlumat verib. ADNSU-da tədris prosesi, fakültələr, tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından danışan Q.Məmmədov startap layihələri və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətinə toxunub.

 

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən İranın Şərif Texnologiya Universitetinin nümayəndəsi, professor Vahid Tağıxani təmsil etdiyi ali məktəbin tarixi, oradakı ixtisaslar və maddi-texniki bazası haqqında ətraflı məlumat verib. ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqətə çatdıran V.Tağıxani əməkdaşlıq istiqamətlərindən danışıb.

 

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

 



27.06.2019 | 13:05